Almaniya Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etmək təşəbbüsünü dəstəkləmir.
Editor.az bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok məlumat verib. Onun sözlərinə görə, BMT Nizamnaməsini qorumaq, eyni zamanda təşkilatın modernləşdirilməsi barədə də düşünmək lazımdır.
“Xeyr, biz bunu dəstəkləmirik və mən dəfələrlə ukraynalı tərəfdaşlarıma bu barədə demişəm. Düşünürəm ki, bu, Almaniyada müzakirə üçün vacibdir: Ukraynanın hökumətimizə təklif etdiyi hər şey bizim tərəfimizdən dəstəklənmir”, – deyə Annalena Berbok Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
Xatırladdaq ki, bir gün əvvəl, sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Volodimir Zelenski Rusiyanı veto hüququndan məhrum etməklə təşkilatda islahatların aparılmasını təklif edib.
“Təcavüzkarın əlində veto qoyulması BMT-ni çıxılmaz vəziyyətə salıb”, – Ukrayna prezidenti deyib. Onun sözlərinə görə, bu “vacib islahat BMT nizamnaməsinə qüvvəsini qaytaracaq”.
//Samir Qurbanov, Editor.az