Almaniya Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını açıqlayıbbackend

Almaniya Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib.

“Biz indi Brüsseldə 12-ci sanksiya paketini təsdiqləmişik və bundan sonra yeni paketlər gələcək. Bu o deməkdir ki, sanksiyalar sistemi genişlənəcək və təkamül edəcək, məhdudlaşdırıcı tədbirlərdən yan keçmək imkanları müəyyən edilərək yatırılacaq”, – o deyib.

Dekabrın 27-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bir çox ölkələrin Rusiya neftini almaqda maraqlı olduğunu bildirib. Bunlara Afrika, Asiya-Sakit okean regionu və Latın Amerikası ölkələri daxildir. Elə həmin gün Litvanın Aİ-dəki səfiri Arnoldas Pranckevičius dedi ki, Litvanın Rusiyaya qarşı on üçüncü sanksiyalar paketi ilə bağlı ideyaları var, məsələn, yüksək texnologiyalı ikili təyinatlı məhsulların ixracına qoyulan məhdudiyyətlər daim tənzimlənməlidir.

//Gülnarə Abasova, Editor.az