Almaniya Rusiyaya qarşı yeni sanksiyalarla bağlı çağırış edibbackend

Almaniya Rusiyaya qarşı yeni sanksiyalarla bağlı çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hücumundan sonra bir çox sanksiyalarla üzləşən Rusiya iqtisadiyyatı tarixinin ən pis dövrünü yaşayır.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu dəfə Almaniya Müdafiə naziri Kristina Lambrext Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyanın tətbiq edilməsini tələb edib. Nazir ARD-ə açıqlamasında bu qərarı Rusiyanın Buçada dinc sakinləri qətlə yetirməsindən sonra verdiyini deyib.

“Buna cavab verilməlidir. Bu cinayətlər cəzasız qala bilməz”, -Lambrext bildirib.

Almaniya kansleri Olaf Şolz da bəyan edib ki, Putin və onun tərəfdarları etdiklərinə görə cəzalandırılacaq.

Qeyd edək, Avropanın təbii qazının təxminən 40 faizi Rusiyadan gəlir. Rus qazı xüsusilə alman sənayesi üçün vacibdir.

//Editor.az