Almaniya “Şimal axını” partlayışlarında iştirak edənlərin həbsinə order veribbackend

Almaniya “Şimal axını” partlayışlarında iştirak edənlərin həbsinə order verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Baş Prokurorluğu “Şimal axını”nda törədilən partlayışlarda şübhəli bilinən ukraynalı dalğıc təlimatçısının həbsinə order verib.

Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb.

Aprel ayında Rusiya Prokurorluğu ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində törədilən terror aktlarının araşdırılmasını tələb etdiyini açıqlamışdı. Bundan əvvəl Dövlət Dumasının deputatları Andrey Krasov, Nikolay Xaritonov, Yana Lantratova və ictimai xadimlər Aleksandr Duqin və Andrey Derkaç təşkilat və maliyyələşmədə fiziki şəxslərin və strukturların mümkün iştirakı ilə bağlı faktların araşdırılması üçün Rusiya Federasiyasının Dövlət Dumasına müraciət ediblər.

Xatırladaq ki, 26 sentyabr 2022-ci ildə “Şimal axını” və “Şimal axını 2”nin üç xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutu boyunca iki partlayış qeydə alıblar. Rusiya FSB beynəlxalq terror aktı ilə bağlı iş açıb. Hadisələrlə bağlı İsveç Prokurorluğu araşdırmalara başlayıb.

//Gülnarə Abasova, Editor.az