“Avropada, eləcə də Kollektiv Qərbdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı birmənalı fikir yoxdur. Bu münaqişəli vəziyyət Qərb qüvvələri sırasında bəzi parçalanmalara səbəb olur. Bu da Ukraynaya kömək verib-verməməklə bağlıdır”.
Bu fikirləri Editor.az-a politoloq Tofiq Abbasov Almaniya kansleri Olaf Şoltsun çıxışı zamanı “Qərb Rusiyadakı siyasi rejimin dəyişdirilməsi üçün səy göstərmir”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Qərb siyasətçiləri mövcud prosesdən yorulub:
” Düşünürdülər ki, Rusiya qısa müddətdə sıçrayış edəcək və bununla da istəyinə nail olacaq. Lakin bu, gözlənilən nəticə vermədi. Öz strateji ehtiyatlarından Ukraynaya dəstək verməyə başlayıblar. Olaf Şoltsun Rusiya ilə bağlı fikir səsləndirməsi ilk deyil. Almaniyanın siyasi elitası indiki şəraitdə daha çox rəsmi Moskva ilə münasibətlərin bərpa olunmasına meyl göstərir. Şolts da anlayır ki, Amerika təhriki siyasət həyata keçirərək Rusiyanı önə atır. Lakin özü bu proseslərdə rəsmi Kiyevin yanında dayanmır. Bəzi qərb siyasətçiləri açıq-aşkar riyakar siyasətin yürüdülməsinə üstünlük verirlər. Almaniya indi faktiki olaraq enerji böhranı qarşısında durur. Çünki müharibə qışa doğru gedir. Fransa da eyni vəziyyəti yaşayır. Putinin adı ilə bağlı çox tərəddüd olsa da Rusiyanın tək Putin olduğunu düşünmək olmaz. Almaniyaya etibarlı müttəfiq lazımdır”.
//Safura Bənnayeva, Editor.az

