Almaniya sosial müavinətlərin məbləğini artırdı: 3 uşaqlı, işsiz ailə ayda 3 min avro alacaqbackend

Almaniya sosial müavinətlərin məbləğini artırdı: 3 uşaqlı, işsiz ailə ayda 3 min avro alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada “xalqın pulu” da adlandırılan sosial müavinətlərin məbləği artırılıb.

Editor.az alman mətbuatına istinadla xəbər verir ki, iyulun 1-dən valideyn başına 451 avro, 14-17 yaşlı uşaqlar üçün 420 avro, 6-13 yaşlı uşaqlar üçün 348 avro, 0-5 yaşlı uşaqlar üçün 318 avro müəyyən edilib. Ailənin kirayə, istilik və digər xərclərini isə dövlət ödəyir.

Bildirilib ki, bu məbləğə vergi və təhsil xərcləri də əlavə edilə bilər. Bir nəfər üçün aylıq 502 avro əsas ödəniş də var. Yenə kirayə, təhsil və vergi kimi əlavə ödənişlərlə birlikdə tək adamın aylıq məbləği 2 min avroya çata bilər.

Qeyd edək ki, “Xalq pulu”ndan təkcə Almaniya vətəndaşları deyil, Almaniyada qanuni yaşayan və sosial yardıma ehtiyacı olan hər kəs yararlana bilər.

//Gülnarə Abasova, Editor.az