Almaniya: ““Taurus” Ukrayna müharibəsinin gedişatını dəyişməyəcək”backend

Almaniya: ““Taurus” Ukrayna müharibəsinin gedişatını dəyişməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Taurus” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsi məsələsi təcili deyil, çünki bu raketlər Rusiyanın Ukraynaya qarşı müharibəsində oyun qaydalarını dəyişməyəcək”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında qeyd edib.
“Hökumət silah sistemlərinin çatdırılmasının hər addımını yoxlamalıdır və qərarlar o qədər də asan qəbul edilmir. ABŞ-ın təhvil verdiyi ATACMS 160 km, Taurus 500 km məsafəyə malikdir, bu tamamilə fərqli bir sistemdir”-deyə, Pistorius bildirib.
Eyni zamanda o, Almaniyanın bu gün ABŞ-dan sonra Ukraynaya ikinci silah tədarükçüsü olduğunu vurğulayıb.

//Safura Bənnayeva, Editor.az