Almaniyanın maliyyə naziri Kristian Lindner avropalı tərəfdaşları Ukraynaya yardımı artırmağa çağırıb.
Onun sözlərinə görə, Almaniya təklikdə Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün məsuliyyət daşıya bilməz, çünki özünün də maliyyə məhdudiyyətləri var.
Editor.az bildirir ki, bu barədə Lindner Almaniya İqtisadiyyatının Şərq Komitəsinin tədbirində (Die Zeit-dən sitat gətirir) çıxış edib: “Axı, maliyyə sahəsində Almaniyanın çox, başqalarının isə az iş görməsi doğru deyil ” – deyib. qeyd edək ki, Rusiya hərbi əməliyyatı başlayandan Almaniya Ukraynaya 4,2 milyard avrodan çox hərbi yardım göndərib.
Hərbi, humanitar və maliyyə də daxil olmaqla ümumilikdə yardımın həcmi təxminən 24 milyard avro təşkil edir. Ölkənin 2024-cü il büdcəsinə Ukraynaya yardım üçün 8 milyard avro daxildir, yəni ilkin planlaşdırıldığından iki dəfə çoxdur.
//Samir Qurbanov, Editor.az

