Almaniya üç ölkə ilə sərhəd nəzarətini genişləndirəcəkbackend

Almaniya üç ölkə ilə sərhəd nəzarətini genişləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser Berlin Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə sabit sərhəd nəzarətinin fəaliyyətini fevral ayına qədər uzadacaq.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rheinische Post məlumat yayıb. O, Almaniyanın dekabrın 15-dən sonra Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə müvəqqəti nəzarəti ən azı iki ay uzatmağı planlaşdırdığını vurğulayıb. O, əvvəlcə yoxlamaları dekabr ayına qədər uzadıb, çünki Avropa qanunları belə mərhələli yanaşmaya icazə verir.

Feserin sözlərinə görə, belə tədbirlər öz nəticəsini verir və insanların həyatını təhlükəyə atan qaçaqmalçıların vicdansız biznesinə qarşı mübarizə uğurla aparılır.

//Gülnarə Abasova, Editor.az