Almaniya Ukraynanın müttəfiqi deyil, ölkə yalnız öz imkanları daxilində hərbi yardımı davam etdirir.
Editor.az bildirir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. O, Ukraynaya göndərilən vəsaitin və silah-sursatın kifayət etməməsi ilə bağlı açıqlamaları belə şərh edib.
“Biz əlimizdən gələni edirik. Eyni şey, demək olar ki, bütün digər müttəfiqlərə və tərəfdaşlara da aiddir. Lakin Almaniya Ukraynanın müttəfiqi deyil və heç bir alyansda birlikdə təmsil olunmurlar”, – deyə Pistorius ZDF televiziyasına müsahibəsində bildirib.
Müdafiə naziri əlavə edib ki, Almaniya Ukraynaya hərbi yardımın həcminə görə “digərlərini qabaqlayır”. Bununla belə, hərbi sənaye tələb olunan vaxt çərçivəsində təchizatı təmin edə bilmir.
Boris Pistorius, “İlk növbədə təchizatın davamlılığına diqqət yetirmək vacibdir” deyib.
Xatırladaq ki, noyabrın 11-də “Bild” nəşri yazıb ki, Almaniya hökuməti Ukraynaya hərbi təchizat üçün ayrılan vəsaitin həcmini iki dəfə artıracaq. Qərar Ukrayna Silahlı Qüvvələri üçün lazım olan vəsait üçün vəsait çatışmazlığını elan edən Boris Pistoriusun müraciətindən sonra qəbul edilib.
//Samir Qurbanov, Editor.az

