Almaniya: “Ukraynanın NATO-ya daxil olmaq şansı yoxdur”backend

Almaniya: “Ukraynanın NATO-ya daxil olmaq şansı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşinqer NATO-da Ukraynanın alyansda iştirakına qarşı çıxanların olacağını bildirib.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə müvafiq bəyanatla “Sabahın Qərar Vermək” forumunda çıxış edib. Bu tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba iştirak edib. “Çoxumuz Ukraynanın NATO-ya daxil olmasının yaxşı ideya olduğu ilə razılaşsaq belə, mən qorxuram ki, NATO-nun 30-dan çox üzvündən biri, ikisi, üçü “yox” deyəcək”,- keçmiş səfir bildirib.

O həmçinin bəyan edib ki, Ukrayna dövlətinin alyansa qoşulması ilə bağlı “optimist ssenari” yoxdur. Bundan əvvəl NATO-nun baş katibi Stian Jenssenin ofisinin rəhbəri Ukraynanın Rusiyanın xeyrinə öz ərazilərinin bir hissəsini verəcəyi təqdirdə bloka qoşula biləcəyini təklif etmişdi. Onun sözlərinə görə, Kiyev mübahisənin həlli ilə bağlı Moskva ilə danışıqların harada və hansı şəraitdə aparılacağına müstəqil qərar verməlidir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Şimali Atlantika Alyansına daxil olmasının Rusiya Federasiyası üçün faydalı olacağı fikrini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az