Almaniyanın Ukraynaya 7 haubitsa göndərəcəyi bildirilir.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın müdafiə naziri Kristina Lambrext verib. O, qeyd edib ki, Ukraynaya 7 ədəd “PzH 2000” tipli haubitsa tədarükü barədə razılıq əldə olunub.
Lambrext bildirib ki, Ukrayna əsgərlərinə haubitsanı istifadə etmə qaydaları ilə bağlı gələn həftə təlimlər də keçiriləcək.
Almaniya Müdafiə Nazirliyinin Twitter hesabından edilən paylaşımda Ukraynaya tədarük olunacaq haubitsaların sayının Hollandiya tərəfindən veriləcək 5 haubitsa ilə birlikdə 12-yə yüksələcəyi bildirilib.
//Nəzərbəy, Editor.az

