Almaniya Ukraynaya ağır silahlar göndərəcəkbackend

Almaniya Ukraynaya ağır silahlar göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundestaqında Ukraynaya ağır silahların göndərilməsi ilə bağlı təklif qəbul edilib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hökuməti quran Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) təqdim etdiyi təklifi Xristian Birlik Partiyaları (CDU/CSU) da dəstəkləyib. İfrat sağçı Almaniya üçün Alternativ Partiyası və Sol Partiyası təklifin əleyhinə səs verib.

“Avropada sülh və azadlığı müdafiə edin” adlı təklif 586 “hə” və 100 “xeyr” səsi ilə qəbul edilib, 7 deputat bitərəf qalıb.

Təsdiqlənmiş təklif hökumətə Ukraynaya ağır silahlar və müxtəlif silah sistemləri göndərməyə imkan verir. Bununla belə, silah daşınması NATO üzvləri ilə sıx əməkdaşlıq şəraitində qiymətləndiriləcək.

Qətnaməyə “yox” deyən Sol Partiya Parlament Qrupunun sədri Dietmar Bartsch Ukraynaya silah tədarükü nəticəsində nüvə müharibəsi riski ilə bağlı xəbərdarlıq edib.

//Nəzərbəy, Editor.az