Almaniya Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri verməyə hazırdır. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır.
“Almaniya Ukraynaya əlavə ‘Patriot’ sistemləri verməyə hazırdır. Biz bu barədə danışıqlar aparırıq”, – deyə Zelenski bildirib.
Bundan əvvəl Zelenski ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığından sonra Vaşinqtondan hərbi yardımın bərpasına dair siqnallar aldıqlarını bəyan etmişdi.
Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio da açıqlamasında bildirib ki, Vaşinqton NATO müttəfiqlərini sərəncamlarında olan “Patriot” sistemlərinin bir hissəsini Ukraynaya verməyə razı salmağa çalışır.
//Samir Qurbanov, Editor.az

