Almaniya Ukraynaya əsgər göndərməkdən bəhs edibbackend

Almaniya Ukraynaya əsgər göndərməkdən bəhs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktiv hərbi əməliyyatlar dayandırıldıqdan sonra Almaniya öz əsgərlərini BMT-nin sülhməramlı mandatı altında Ukraynaya göndərməlidir.

Editor.az bildirir ki, bu təşəbbüsü Türingiya federal əyalətinin hazırkı baş naziri Bodo Ramelov “Spiegel” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, “atəşkəs ssenarisi reallaşarsa, o zaman “BMT mandatı altında Bundesver əsgərlərinin göndərilməsi ideyasına açıq olmalıdır və biz avropalılar Ukraynaya sülhməramlılar göndərməyə hazır olmalıyıq”.

Bu kontekstdə Ramelov özünün “Sol Partiyası”nın əvvəlki mövqeyini tənqid edib. Türingiya rəhbəri qeyd edib ki, indiyə qədər alman solu “Rusiyanın təcavüzkar müharibəsi ilə bağlı aydın mövqedən həmişə çəkinib”.

Xüsusilə, o, partiyanın əvvəlki rəhbərliyini ittiham edib ki, danışıqlar və qarşılıqlı güzəştlərin zəruriliyi ilə bağlı şüarlar altında partiya “yalnız Putinin arqumentlərini yayır” və Kremlin təbliğatının faktiki ruporu olub. Ramelovun sözlərinə görə, Putin “avtokrat, şovinist və imperialistdir”. “Mənə səs vermək bahasına olsa belə, onun müdafiəsinə qalxmayacağam” – Ramelov deyib.

//Samir Qurbanov,Editor.az