Almaniya Ukraynaya “Leopard 2” tankları göndərirbackend

Almaniya Ukraynaya “Leopard 2” tankları göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Müdafiə Nazirliyi “Leopard 2” tipli tankların ilk partiyasının Ukraynaya göndərildiyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, tankların istifadəsi ilə bağlı təlimdən sonra 18 tank Ukraynaya təhvil verilib.

Almaniyanın müdafiə naziri Boris Pistorius tankların müharibənin cəbhə xəttində həlledici töhfə verə biləcəyinə əmin olduğunu qeyd edib. Ukraynadan gələn xəbərlərə görə, bölgəyə İngiltərədən də “Challenger 2” tipli tanklar göndərilib.

Onu da qeyd edək ki, Ukrayna aylardır digər ölkələrdən Rusiyaya qarşı müasir maşınlar və silah sistemləri tələb edir.

//Safura Bənnayeva, Editor.az