Almaniya Ukraynaya qoşun göndərə bilər – müdafiə naziri Boris Pistoriusbackend

Almaniya Ukraynaya qoşun göndərə bilər – müdafiə naziri Boris Pistorius

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorius atəşkəs əldə olunacağı təqdirdə Bundesver sülhməramlı qüvvələrinin Ukraynadakı münaqişə zonasına göndərilməsinə icazə verəcəyini bildirib.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok da oxşar ehtimalı istisna etməmişdi. Almaniya kansleri Olaf Şolz isə əks fikirdədir.

Pistoriusun “Deutschlandfunk”da yayımlanan bəyanatına görə, kontingentin yerləşdirilməsi şərtləri mandatdan və münaqişə tərəflərinin razılaşdırdığı digər şərtlərdən asılı olacaq. O., vurğulayıb ki, alman ordusu hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir.
Bundan əvvəl Amerikanın CNN telekanalı Donald Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uolzun Ukraynada nizamlanma ilə bağlı bir neçə təklifi nəzərdən keçirdiyini bildirmişdi.

Xüsusilə, ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloqun tərtib etdiyi plan Rusiyanın təcridinə son qoymaq, Moskva və Kiyevə təzyiq göstərmək, Ukraynanın NATO-ya üzvlük məsələsindən on il müddətinə imtina etməyi nəzərdə tutur. Eyni zamanda, adı açıqlanmayan Qərb media mənbələrinin bildirdiyinə görə, Trampın keçid komandası Amerika qüvvələrini sülhməramlı fəaliyyətlərə cəlb etməyi planlaşdırmır.

Bu vəzifələri yerinə yetirmək üçün Avropa hərbi personalı göndərilə bilər. Bu ehtimalı, xüsusilə, dekabrın 1-də Avropa diplomatiyasının rəhbəri vəzifəsinə başlayan Kaja Kallas da istisna etməyib. Fransanın “Le Monde” qəzeti yazır ki, İngiltərə və Fransa noyabrda Ukraynaya qoşun göndərməyi müzakirə etməyə başlayıblar.

//Samir Qurbanov, Editor.az