Almaniya Bundestaqının deputatları Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin verilməsinin əleyhinə səs veriblər. Raketlərin göndərilməsi ilə bağlı qətnamə Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalifət bloku tərəfindən təqdim edilib.
Editor.az “Bild” qəzetinin istinadən bildirir ki, 495 deputat Kiyevə uzaqmənzilli raketlərin verilməsinin əleyhinə səs verib. Raketlərin transferini 190 millət vəkili dəstəkləyib.
Xatırladaq ki, “Taurus”ın Ukraynaya tədarükü ilə bağlı müzakirələr 2023-cü ilin yazından davam edir.
Daha sonra alman mediası Kiyevdən uçuş məsafəsi 500 km-ə çatan raketlərin tədarükü üçün rəsmi müraciət etdiyini bildirib. Almaniya kansleri Olaf Solz dəfələrlə onların çatdırılmasına qarşı çıxış edib. O, öz mövqeyini belə əsaslandırır ki, Ukrayna əsgərləri bu tip silahlarla işləmək üçün təlim keçməyiblər. Buna görə də, raketlərlə yanaşı, Berlin Ukraynanı öz topçuları ilə də təmin etməlidir. Bu halda o, raketlərin tədarükünü məsuliyyətsizlik hesab edib.
//Samir Qurbanov, Editor.az

