Almaniya Ukraynaya uzaqmənzilli Toros raketlərinin verilməsi məsələsini qaldırıbbackend

Almaniya Ukraynaya uzaqmənzilli Toros raketlərinin verilməsi məsələsini qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BSW partiyasından olan bir qrup Bundestaq deputatı (Sarah Wagenknecht Union) yüksək rütbəli alman zabitləri arasında söhbətin sızmasından sonra Almaniya hökumətinə Ukraynanın uzaqmənzilli “Taurus” raketləri ilə təchiz edilməsinin mümkünlüyü barədə soruşub.

Ediror.az bu barədə Lenta.ru-ya istinadla xəbər verir. Müvafiq məsələni BSW qrupu adından deputatlar Jaklin Nastiç, Sara Vaqenknext, Əli əl-Dailami, Sevim Daqdelen, Klaus Ernst, Andrey Qunko, Kristian Li, Amira Mohamed Əli, Cessika Tatti və Aleksandr Ulrix qaldırıblar.

Almaniya Müdafiə Nazirliyi sonradan Rusiya mətbuatında dərc olunan çıxışın həqiqiliyini təsdiqləyib. Parlamentarilər görüşün məzmununu təhlil edərək, xarici tərəfdaşlarla əlaqələrə dair bir sıra mühüm nüansları müəyyənləşdiriblər. Deputatların fikrincə, generallar böyük səhvə yol veriblər ki, onlar öz çıxışlarında müdafiə naziri Boris Pistoriusun brifinqdə tanış olmalı olduğu məlumat və arqumentlərə də toxunublar. Mümkün hərbi hədəflər, xüsusilə Krım körpüsü və sursat anbarları da müzakirə edilib. Bu kontekstdə deputatlar hökumətə 30-a yaxın sual verirlər ki, onların da əksəriyyəti “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya mümkün daşınması ilə bağlıdır. Xüsusilə, Bundestaq üzvləri Almaniya hökumətinin Ukrayna Silahlı Qüvvələrinə bu raketlərin verilməsinə qərar verərkən hansı effekti gözlədiyini və Berlinin bu addımın nəticələrini necə qiymətləndirdiyini soruşurlar.

//Gülnarə Abasova, Editor.az