ABŞ hələ Almaniyanı Ukraynaya göndərilməsi planlaşdırılan Patriot hava hücumundan müdafiə sistemlərinin əvəzlənməsi ilə bağlı dəqiq tarixlə təmin etməyib. Bu barədə Almaniyanın kansleri Fridrix Mers Norveçin baş naziri Yonas Gar Stere ilə birgə mətbuat konfransında bildirib, xəbər verir Ukrinform.
“ABŞ hökuməti Almaniyaya və Avropa İttifaqına ümumi vəd verib ki, biz Patriot sistemlərini Ukraynaya verə bilək deyə, onların əvəzini alacağıq. Biz veririk və əvəzində yenisini almalıyıq. Amma bu əvəz hələlik təmin olunmayıb”, – deyə Mers vurğulayıb.
Kanslerin sözlərinə görə, əvəzləmə ilə bağlı ABŞ tərəfi ilə danışıqlar davam edir və məsələ müdafiə nazirləri səviyyəsində müzakirə olunur.
//Samir Qurbanov, Editor.az

