Bu barədə Editor.az Ukrayna KİV-ə istinadən xəbər verir. Belə ki, ARD telekanalının efirində danışan Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Almaniya “bütövlükdə” Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.
Onun sözlərinə görə, “Rusiya prezidenti düşünür ki, o, Ukraynanın maraqlarının təhlükəsizliyinə veto qoymaq hüququna malik ola bilər. Lakin bundan söhbət gedə bilməz. Ukrayna azad ölkədir və gələcəkdə də belə qalmalıdır”, – Berbok bildirib. Bundan əvvəl Almaniya hökuməti məlumat vermişdi ki, Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenskiyə ölkəsinin “bütövlükdə” Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazır olduğunu demişdi.
Britaniya da Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq imkanı ilə bağlı müraciətini nəzərdən keçirəcək, lakin NATO üzvlərinin alyans çərçivəsində malik olduqları öhdəlikləri öz üzərinə götürəcəyini istisna edir.
Editor.az

