Almaniya və Avstriyadan Rusiyaya yaşıl işıq: Rubl qərarını qəbul etdilərbackend

Almaniya və Avstriyadan Rusiyaya yaşıl işıq: Rubl qərarını qəbul etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın yeni ödəmə sistemi sanksiyalara mane olmur”.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer Vyanada keçirdiyi mətbuat konfransında “Qazpromun Bolqarıstan və Polşaya təbii qaz nəqlini rubl ödəmə sisteminə uyğun gəlmədiyi üçün dayandırmasını dəyərləndirərkən bildirib.

“Biz OMV olaraq (Avstriya enerji şirkəti) Almaniya hökuməti kimi ödəniş şərtlərini qəbul etdik. Bu, bizim üçün əhəmiyyətli idi”,- kansler bildirib.

Avstriyanın energetika naziri Leonor Qevessler də jurnalistlərə bildirib ki, Rusiya qazına olan ehtiyacımızla  bağlı açıq və dürüst olmaq lazımdır.

“Rus qazı olmadan çənlərimizi doldura bilmərik. Rusiya qazından asılılığımızı ən qısa zamanda azaltmaq üçün nə lazımdırsa etməliyik”,-deyə nazir qeyd edib.

Alman enerji şirkəti “Uniper”in maliyyə direktoru Tiina Tuomela da keçirdiyi mətbuat konfransında Rusiya qazının nəqlində müqavilələrə uyğun olaraq heç bir problem olmadığını vurğulayıb. O qeyd edib ki, rus rublu ödəmə qərarı ilə bağlı “Qazprom” ilə məsləhətləşmələr aparırıq.

Qeyd edək ki, martın 23-də Rusiya prezidenti Vladimir Putin təbii qaz satışı üzrə ödənişlərdə rus rubluna keçməklə bağlı qərarını açıqlamışdı. Martın 31-də isə Rusiya Prezidenti bununla əlaqədar müqavilə imzalamışdı. Müqaviləyə əsasən Rusiyadan qaz alan ölkələr “Qazprombank” da hesab açmalı, vəsaitlərini bu banka keçirməli və daha sonra Moskva Birjasında vəsaitlər rubla çevrilməlidir.

Fərmanı imzaladıqdan sonra verdiyi açıqlamada Putin dost olmayan ölkələrin yeni sistemi qəbul etmədiyi təqdirdə qaz müqavilələrinin dayandırılacağını bildirib.

//Nəzərbəy, Editor.az