Rusiya Müdafiə Nazirliyi bu gün, mayın 15-də Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşan iki hava obyektinin aşkar edildiyini bildirib.
Obyekti müəyyənləşdirmək üçün Baltik Donanmasının hava hücumundan müdafiə qüvvələrinin bir “Su-27” qırıcısı havaya qaldırılıb.
Editor.az Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, qırıcı Almaniya Hərbi Dəniz Qüvvələrinin “R-3C Orion” baza patrul təyyarəsini və Fransa Hərbi Dəniz Qüvvələrinin “Atlantik-2” sualtı qayıq əleyhinə patrul təyyarəsini müəyyən edib.
“Xarici hərbi təyyarələrin Rusiya Federasiyasının Dövlət sərhədindən dönməsindən sonra rus qırıcısı öz baza aerodromuna sağ-salamat qayıdıb. Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına icazə verilməuib”, – deyə Müdafiə Nazirliyinin bəyanatında deyilir. Hərbi idarə təyyarələrə yaxınlaşma icazə verilmədiyini qeyd edib.
//Samir Qurbanov,Editor.az