Almaniya və Ukrayna arasında gərginlik – “Bu, uşaq bağçası deyil”backend

Almaniya və Ukrayna arasında gərginlik – “Bu, uşaq bağçası deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniya Kansleri Olaf Şolzun Kiyevə səfər etməyəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

Bu barədə o, Almaniyanın DPA agentliyinə müsahibəsində danışıb.

Melnik Şolzun qərarına belə reaksiya verib: “Təhqir edilmiş qurban rolunu oynamaq dövlət adamına yaraşmır”.

Bununla belə, səfir Ukrayna Prezidenti Vladimir Zelenskinin kansleri Kiyevdə qəbul etməkdən məmun olacağını bildirib.

“Nasist işğalından sonra ən dağıdıcı müharibə baş verir. Bu, uşaq bağçası deyil”, – Melnik əlavə edib.

Olaf Şolz bundan əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya səfər etmək istəyinin Kiyev tərəfindən rədd edilməsinin onun səfərinə “maneə” olduğunu söyləyib.

Teleqraf.com