Almaniya və Ukrayna arasında “səfər” böhranıbackend

Almaniya və Ukrayna arasında “səfər” böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Kiyev Almaniya prezidenti Valter Ştaynmayerin Kiyevə səfərini rədd etdikdən sonra Almaniyanın baş naziri Olaf Şolza dəvət göndərib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Şolz edilən dəvətə münasibət bildirib.

“Yaxın zamanlarda Kiyevə getməyi planlaşdırmıram. Silah tədarükü ilə bağlı Almaniya prezidentinin səfərinə rədd cavabı bizim tərəfdən narahatlıqla qarşılanıb. Almaniyanın Ukraynaya silah tədarükü etməsi zəruridir. Biz onlara bəzi silahları çatdırdıq və çatdıracağıq. Ancaq bəzi məsələlər Avropa və transatlantik tərəfdaşlarla danışıqlar yolu ilə həll edilməlidir. Biz Almaniya olaraq öz məsuliyyətimizi dərk edirik”,- deyə Şoltz bildirib.

//Editor.az