Ermənistan mətbuatının verdiyi məlumata görə, Ermənistanın cənubunda Almaniya vətəndaşı hələlik məlum olmayan səbəbdən ölüb.
73 yaşlı kişi Ermənistana turist kimi gəlib. Bu gün o, Sünik rayonunda yerləşən Xndzoresk kəndində asma körpüdən keçid zamanı dünyasını dəyişib.
Faciə ilə bağlı həyəcan yerli vaxtla təxminən 10:50-də daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları körpünün üzərində meyit aşkar ediblər. Məhkəmə-tibbi ekspertizanın ilkin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı cinayət işi açılıb.
//Samir Qurbanov, Editor.az

