Almaniya hökuməti ölkədə beş il yaşadıqdan sonra vətəndaşlığın alınmasına icazə verən yeni immiqrasiya qanun layihəsini təsdiqləyib.
Editor.az xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin saytında məlumat verilir. Mövcud standartlara görə, siz yalnız bu ölkənin ərazisində səkkiz il davamlı yaşadıqdan sonra naturalizasiya üçün müraciət edə bilərsiniz. Qeyd olunub ki, müəyyən şərtlərlə belə bir müraciət Almaniyada üç il yaşadıqdan sonra edilə bilər. Qanun layihəsi vətəndaşlıq əldə etmək üçün şərtləri asanlaşdırmaqla yanaşı, vətəndaşlara Almaniya pasportu alarkən keçmiş vətəndaşlıqlarını saxlamaq imkanı da verir.
Bu addımın Almaniya vətəndaşlarının xaricdə işləməsini asanlaşdıracağı və mühacirlərin vətənləri ilə əlaqə saxlamasına şərait yaradacağı bildirilir.
Qeyd edək ki, 2023-cü ilin mayında Almaniya beş illik yaşayışdan sonra vətəndaşlıq əldə etmək üçün qanun layihəsini qəbul edib.
//Gülnarə Abasova, Editor.az