Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!backend

Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına gələn həftə Rusiya Federasiyasına səfər etməməyi tövsiyə edir.

Editor.az bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir: “Rusiya Federasiyasına səfərlər tövsiyə edilmir.

Biz Ukrayna ilə həmsərhəd olan inzibati rayonlara (Belqorod, Kursk, Bryansk, Voronej, Rostov, Krasnodar) səfərlərə qarşı xəbərdarlıq edirik. 2023-cü il fevralın 20-dən fevralın 26-dək Rusiya hökuməti bir sıra “tədbirlər” planlaşdırır”, – mesajda deyilir. Xarici İşlər Nazirliyi onu da xatırladıb ki, ikili vətəndaşlığı olan şəxslər yadda saxlamalıdırlar ki, Rusiya hakimiyyəti onları yalnız Rusiya vətəndaşı hesab edir: “Bu, Rusiya silahlı qüvvələrinə mümkün çağırışa da aiddir.

Buna görə də, səfirlik onları konsul mühafizəsi ilə təmin edə bilməz”, – məlumatda deyilir. Xarici İşlər Nazirliyi onu da xatırladıb ki, “Rusiya Federasiyasında Almaniyanın kredit kartlarından istifadə və buna görə də bankomatlardan nağd pul çıxarmaq, həmçinin Aİ-dən Rusiya Federasiyasına istənilən növ pul köçürmələri mümkün deyil”. Xatırladaq ki, bundan əvvəl ABŞ da Ukraynadakı müharibə və Rusiya hüquq-mühafizə orqanları tərəfindən əsassız həbs və ya mühakimə olunma riski ilə əlaqədar öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb.

  //Samir Qurbanov, Editor.az