Almaniya XİN Patriot hava hücumundan müdafiə sisteminin ehtiyatlarının tükəndiyini açıqlayıbbackend

Almaniya XİN Patriot hava hücumundan müdafiə sisteminin ehtiyatlarının tükəndiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin və müttəfiqləri Kiyev üçün üçüncü ölkələrdən hava hücumundan müdafiə sistemləri almaq imkanlarını araşdırır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib. Baerbokun sözlərinə görə, zenit-raket komplekslərinin (Almaniyada Amerika istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri) ehtiyatları artıq tükənib.

Aprelin 6-da Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukraynanın intensiv bombardmanını nəzərə alaraq, bir ay ərzində hava hücumundan müdafiə sistemləri (havadan müdafiə) üçün kifayət qədər raket olmaya bilər. Zelenski əlavə edib ki, vəd edilən F-16-ların yalnız 10 faizi bu il Ukraynaya təhvil veriləcək və onlar hava hücumundan müdafiə ilə birlikdə işləyə bilərlər.

//Gülnarə Abasova, Editor.az