Almaniya XİN rəhbərinin COP29 platformasını siyasi şou mərkəzinə çevirmək cəhdləri fiaskoya uğradı- ŞƏRHbackend

Almaniya XİN rəhbərinin COP29 platformasını siyasi şou mərkəzinə çevirmək cəhdləri fiaskoya uğradı- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya xarici işlər naziri Annalena Berbok ədalət meyarları və insafını itirmiş bir siyasətçidir”.

Bu fikri Editor.az-a politoloq Tural İsmayılov Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı səsləndirdiyi əsassız ittihamlar barədə şərhində deyib.

Onun sözlərinə görə, COP29 platforması hansısa ölkə və ya siyasi güclərin başqa ölkələrin daxili işinə qarışıb kimlərisə nəyəsə görə ittiham etmək mərkəzi deyil:

“COP29 bütün dünyanı narahat edən beynəlxalq iqlim problemlərinə səmimi reaksiya bildirmək üçün platformadır. Ancaq təəssüflər olsun ki, Almaniya timsalında gördük ki, Annalena Berbok və bəlli qərb siyasətçiləri sanki COP29 platformasını özlərinin saxta təbliğat alətinə çevirməyə çalışırlar. Bütün baş verən hadisələr də bu qəbildən davam edir”.

T. İsmayılov qeyd edib ki, bu gün Almaniya ətraf mühiti ən çox çirkləndirən Avropa İttifaqı üzvlərindəndir:

“Hələ görülməyib ki, qlobal iqlim təhlükəsizliyi ilə bağlı Almaniya hər hansı bir addım atsın, çıxış yolu irəli sürsün. Lakin bütün bunların əksi olaraq hələ də Almaniya xarici işlər naziri və müxtəlif siyasi qüvvələri çalışırlar ki, Azərbaycan əleyhinə saxta bəyanatlar səsləndirsinlər. Hesab edirəm ki, bütün bunlar obyektiv və real deyil. Həmçinin dünyaya qarşı yanaşmada Almaniyanın ədalətsizliyini növbəti dəfə ortaya qoymuş olur. Bu baxımdan ATƏT və AŞPA-nın timsalında Avropa İttifaqının üzvü olan bir çox ölkələrin ədalət və bərabərlik meyarlarından uzaq olduğu növbəti dəfə görüldü və Almaniya XİN rəhbərinin COP29 platformasını siyasi şou mərkəzinə çevirmək cəhdləri də fiaskoya uğradı”.

//Gülnarə Abasova, Editor.az