Almaniya XİN Ukraynadakı diplomatların ailələrinin təxliyəsi planını hazırlayırbackend

Almaniya XİN Ukraynadakı diplomatların ailələrinin təxliyəsi planını hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynadakı səfirlik işçilərinin ailələrini təxliyə etmək planı hazırlayır.

Editor.az “Report”a istinadən bildirir ki, bu barədə “Bild” xəbər verib.

“Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynadakı səfirliyinin əməkdaşlarının yaxınlarının təxliyəsi üçün plan hazırlayır. Plana görə, vəziyyətin daha da pisləşəcəyi təqdirdə onlar ölkədən çıxarılmalıdır”, – qəzet yazıb.

Bundan əvvəl Amerikanın “Fox News” telekanalı xəbər verib ki, ABŞ Dövlət Departamenti bazar ertəsi ABŞ-ın Ukraynadakı səfirliyindən diplomatların ailələrinin təxliyəsinə başlamaq barədə göstəriş verib. Daha sonra Dövlət Departamentinin mətbuat xidməti ABŞ-ın Ukraynadakı səfirliyinin diplomatik işçilərinin ailələrinin təxliyəsi ilə bağlı xəbərləri təsdiqləməyib və qeyd edib ki, ölkə vətəndaşları hökumətin maliyyələşdirdiyi reyslərə bel bağlamamalıdır.