Almaniyada banka hücum: Silahlı şəxs qadını girov götürdübackend

Almaniyada banka hücum: Silahlı şəxs qadını girov götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada silahlı şəxs banka daxil olaraq, bir qadını girov götürüb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli polis “X”də görüntülər yayıb.

Bildirilir ki, hadisə Hessen federal əyalətində “Volksbank” filialında qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Kişinin tələbləri hələ məlum deyil.