Almaniyada böhran səbəbindən hökumət buraxılıb: Fevralın 23-də növbədənkənar seçkilər keçiriləcəkbackend

Almaniyada böhran səbəbindən hökumət buraxılıb: Fevralın 23-də növbədənkənar seçkilər keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada baş verən son siyasi proseslər ölkəni erkən seçkilərə aparan böhrana səbəb olub. Almaniyada erkən seçkilərin 2025-ci il fevralın 23-də keçirilməsi qərara alınıb.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət üçlü koalisiya hökuməti maliyyə siyasəti və büdcə məsələlərində dərin fikir ayrılıqları var idi.

Editor.az xəbər verir ki, Baş nazir Olaf Şolzun FDP lideri və maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etməsi koalisiya tərəfdaşları arasında gərginliyi artırıb. Lindnerin işdən çıxarılmasından sonra FDP hökumətdən tamamilə çıxmaq qərarına gəlib və bütün nazirlərini geri çağırıb. Bu vəziyyət koalisiyanın dağılmasına və hökumətin funksionallığını itirməsinə səbəb olub.

//Gülnarə Abasova, Editor.az