Almaniyanın Bremerhaven şəhərində polis Milad bazarına gələnlərə bıçaqla hücum edən şəxsi saxlayıb.
O, “ərəb və ya güneyli kimi görünən”lərə qarşı təhdidlər yağdırıb. “Bild”in məlumatına görə, TikTok-da yayılan videoda bir kişi dekabrın 25-də keçiriləcək yarmarkada “ərəb və ya cənubluya oxşayan” hər kəsi öldürmək niyyətində olduğunu bildirib. O, Bremerhavendə yaşayacağını iddia edib. Videonun müəllifi bir neçə saat sonra müəyyən edilib və dekabrın 22-də axşam saatlarında saxlanılıb. Onun 67 yaşlı kişi olduğu üzə çıxıb.
Dekabrın 20-də axşam saatlarında isə Maqdeburqda Milad bazarında avtomobilin piyadaların üstünə sürülməsi nəticəsində 4 qadın və bir uşaq həlak olub, 200-ə yaxın insan yaralanıb. Ertəsi gün faciə qurbanlarının xatirəsinə matəm tədbiri keçirilib. Hadisənin günahkarı 2006-cı ildən Almaniyada yaşayan və İslamı tənqid etməklə tanınan 50 yaşlı Taleb əl-Abdulmohsendir.
//Samir Qurbanov, Editor.az