Almaniyanın cənubundakı Ulm şəhəri yaxınlığındakı Blaustein qəsəbəsində qatarla avtobus toqquşub.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, toqquşma nəticəsində qatar relsdən çıxıb və maşinistlə yanaşı, çoxlu sayda sərnişin xəsarət alıb. Qəza zamanı avtobusda isə sürücüdən başqa sərnişin olmayıb. Zərbənin gücü sürücünü bayıra atıb. Avtobus isə tamamilə yanıb.
//Nəzərbəy, Editor.az

