Almaniyada enerji böhranı: ” Xəstəxanalar bağlana bilər “backend

Almaniyada enerji böhranı: ” Xəstəxanalar bağlana bilər “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədəki xəstəxanalar enerji və inflyasiya böhranı səbəbindən tezliklə bağlana bilər”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax televizya kanalına verdiyi açıqlama zamanı bildirib.

O, oktyabrın 18-də maliyyə naziri Kristian Lindner ilə xəstəxanalara daha çox dövlət yardımı edilməsi ilə bağlı görüşəcəyini qeyd edib. Karl Lauterbax xəstəxanalara özəl vəsait ayrılmasına mənfi münasibət bəslədiyini ifadə edərək, “Hər sahə üçün özəl fondlar yarada bilmərik”,- deyib.

Almaniyada aparılan araşdırmalara əsasən, enerji qiymətlərinin həddindən artıq artması və xəstəxanaların fəaliyyətinin davam etməsini qeyri-mümkün edən yüksək inflyasiya səbəbiylə ölkədəki xəstəxanaların yüzdə 40 faizinin iflas ərəfəsində olduğu məlum olub.

//Safura Bənnayeva, Editor.az