Almaniyada HƏMAS və Samidunun fəaliyyəti qadağan edilibbackend

Almaniyada HƏMAS və Samidunun fəaliyyəti qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Daxili İşlər Naziri paytaxt Berlində verdiyi açıqlamada 3 həftə əvvəl baş nazir Olaf Şolts ilə birlikdə Həmas və Samidoun’un ölkədəki fəaliyyətləri ilə bağlı qərar qəbul etdiyinə diqqət çəkib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Almaniyada Həmas və Samidoun fəaliyyətlərinin qadağan edildiyini bildirib.

Samidounun antisemit dünyagörüşü olduğunu deyən nazir bu təşkilatların qısa müddətdə fəaliyyətinə qadağa qoyulmasından məmnunluğunu ifadə edib. Qərarla Almaniyada HƏMAS və Samidoun-un sosial mediada təbliğatına icazə verilməyəcək, onların mal varlıqları müsadirə olunacaq, təşkilatlarda aktiv fəaliyyətlərini davam etdirənlər cinayət törətmiş sayılacaqlar.

//Səbinə Hüseynli, Editor.az