Almaniyada inflyasiya son 50 ilin ən yüksək səviyyəsinə çatıbbackend

Almaniyada inflyasiya son 50 ilin ən yüksək səviyyəsinə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada ərzaq və enerji qiymətlərinin artması səbəbindən may ayında inflyasiya illik 7,9 faizə yüksəlib. Bu, son 50 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

Editor.az Almaniya mətbuatına istinadən xəbər verir ki,  Federal Statistika İdarəsinin rəhbəri Georg Thiel  yüksək inflyasiyanın əsas səbəbini həmişə olduğu kimi enerji məhsullarındakı qiymət artımı olduğunu deyib. Bununla belə, bir çox başqa məhsullarda, xüsusilə də ərzaq məhsullarında qiymət artımı da müşahidə etdiklərini bildirib.

“May ayında enerjinin qiyməti hər il 38,3 faiz artdığı halda, mazut 41 faiz, dizel yanacağı isə 95 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymət artımı da 11,1 faiz olaraq müəyyən edilib. Kərə yağının qiyməti 38,7 faiz, ət və ət məhsullarının qiyməti 16,5 faiz, süd məhsulları və yumurtanın qiyməti 13,1 faiz, çörəyin və buğda məhsullarının qiyməti 10,8 faiz artıb”,- deyə o, bildirib.

Avropada yüksək inflyasiya səbəbindən Kristin Laqardın rəhbərlik etdiyi Avropa Mərkəzi Bankı (AMB) son 11 ildə ilk dəfə olaraq faiz dərəcələrini artırmağa qərar verib.

//Gülnarə Abasova, Editor.az