Almaniyada müxalifət Rusiya və Ukrayna arasında danışıqların aparılmasını tələb edirbackend

Almaniyada müxalifət Rusiya və Ukrayna arasında danışıqların aparılmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın yeni müxalifət partiyası Sara Vaqenknext İttifaqı münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların aparılmasını istəyir.

Editor.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Partiya digər məsələlərlə yanaşı, Rusiyanın Avropa təhlükəsizlik arxitekturasına daxil edilməsini tələb edir. Sara Vaqenknext İttifaqının üzvləri ABŞ və NATO-nun digər dövlətlərin daxili işlərinə qarışmaq siyasətini tənqid edirlər. Deputat Fabio de Masi Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının bərpasından danışaraq Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Partiya Avropa Parlamentinə seçkilərdə iştirak edəcək.

Digər tərəfdən, bu həftə Almaniya Bundestaqının üzvü Matthias Moosdorff bildirib ki, Rusiya Federasiyası ilə Qərb ölkələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar 2024-cü ildə başlaya bilər, xüsusən də Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə… Onun fikrincə, Trampın qələbəsi müsbət bir hadisə ola bilər və bu dünyada ağlabatan insanların böyük ümididir.

//Gülnarə Abasova, Editor.az