Almaniyada qaçqın düşərgəsində insident: 1 ölü, 5 yaralıbackend

Almaniyada qaçqın düşərgəsində insident: 1 ölü, 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın cənubundakı Baden-Vürtemberq əyalətinin Kressbronn bölgəsindəki qaçqın düşərgəsində bıçaqlı hücum olub. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Almaniya polisi araşdırmaya başlayıb. Polisdən verilən açıqlamaya görə, hadisə törədən şəxs elə həmin düşərgədə yaşayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az