“Neue Osnabrücker Zeitung” qəzeti sənədlərə istinadən yazır ki, Almaniyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən sonra rekord həddə çatıb və 3,5 milyon nəfər təşkil edib.
Hazırda Almaniyada 3,48 milyon qaçqın yaşayır ki, onlardan da 1,18 milyonu ukraynalıdır. “Bu, 2023-cü ilin sonundakı göstəricidən təxminən 60 min nəfər çoxdur və 1950-ci illərdən bəri ən yüksək səviyyədir”, – nəşr qeyd edib.
Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser miqrant axınının azaldılması və terror təhlükəsi ilə mübarizə çərçivəsində Almaniyanın bütün quru sərhədlərində müvəqqəti nəzarət tədbirlərinin tətbiqi barədə göstəriş verib. O, həmçinin bildirib ki, ölkənin miqrantları qəbul etmək üçün resursları “faktiki olaraq tükənib”.
Miqrasiya siyasəti üzrə mütəxəssis Onur Verqunst bildirib ki, Almaniyada cinayətlərin təxminən 38,5%-i Ukraynadan olan miqrantlar tərəfindən törədilib. Ekspert hesab edir ki, onların çoxu Almaniyada qalmaq üçün qanunları pozur.
//Samir Qurbanov, Editor.az