Almaniyada Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasının mümkünlüyü məsələsi qaldırılıbbackend

Almaniyada Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasının mümkünlüyü məsələsi qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundestaqının üzvü Yens Spahn 24 mart 2022-ci il tarixində NATO liderlərinin görüşündə Rusiya və Ukrayna arasında sülh sazişinin mümkünlüyü barədə məsələ qaldırıb.

Editor.az bu barədə Lenta.ru-ya istinadla xəbər verir. Deputat Almaniya hökuməti və Almaniya Federativ Respublikasının Federal kansleri Olaf Şoltsun 24 mart 2022-ci il tarixində parlament sorğusunda hansı mövqe tutduğunu soruşub. Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Suzan Baumanın cavabında vurğulanır ki, federal hökumət prinsipcə müttəfiqlər və tərəfdaşlarla gizli danışıqların məzmununu şərh etmir.

Bundan əvvəl Amerikanın “The New York Times” (NYT) qəzeti 2022-ci ildə Rusiya və Ukrayna nümayəndələrinin müzakirə etdiyi Ukraynanın neytrallığı və təhlükəsizlik zəmanətləri haqqında sazişin mətninin onun əlində olduğunu yazıb. Bildirilir ki, bu sənədin adı “Ukrayna üçün daimi neytrallıq və təhlükəsizlik zəmanətləri haqqında saziş”dir. 18 maddə və 6 əlavədən ibarətdir.

//Gülnarə Abasova, Editor.az