Almaniyada sel fəlakəti: 4 ölü, onlarla itkin!backend

Almaniyada sel fəlakəti: 4 ölü, onlarla itkin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada güclü yağışın səbəb olduğu daşqın nəticəsində 6 bina çökdü.

Editor.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

AFP-dəki son xəbərlərə görə, bu binalarda yaşayan 30 nəfərin itkin olduğu bildirilib. Adenau şəhərinin yaxınlığındakı Schuld qəsəbəsində təxminən 25 evin uçma təhlükəsi ilə üzləşdiyi də qeyd edilib. 4 nəfərin həyatını itirdiyi bildirilir.

Yayılan ilkin məlumatlar daşqın fəlakətinin yaşandığı bəzi bölgələrdə yol nəqliyyatının bağlanıldığına işarə edir. Axtarış və xilasetmə işləri çərçivəsində bəzi bölgələrdə ordudan kömək istənildiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az