Almaniyada sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 176-ya yüksəlibbackend

Almaniyada sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 176-ya yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Reynland-Pfalz, Şimali-Ren-Vestfaliya və Bavariya əyalətlərində həddindən artıq yağıntının səbəb olduğu sel və daşqınlarda ölənlərin sayının 176-ya yüksəldiyi bildirilib.

Editor.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, Reynland-Pfalz əyalətinin Baş naziri Malu Dreyer, Mainz şəhərində etdiyi açıqlamada ştatda ölənlərin sayının 128-ə yüksəldiyini söyləyib. Bu sayın arta biləcəyini deyən Dreyer, axtarış qurtarma qruplarına təşəkkür edib.

Dövlət Daxili İşlər Katibi Roger Lewentz də 155 nəfərin axtarıldığını bildirərək əlavə edib ki, belə bir hadisədən bir həftə sonra itkin düşən insanların şansları zəifləyir:

Lewentz qeyd qeyd edib ki, xəstəxanada həyatını itirən  insan sayı 62 nəfərə çatıb və 766 nəfərin yaralanıb:

“Əvvəllər 48 olduğu deyilsə də Şimali Ren-Vestfaliya əyalətində daşqınlarda ölənlərin sayı sonradan 47 olduğu bildirilib. Bavyera əyalətində 1 olaraq qeyd edilən ölüm sayında bir artım olmasa da, ölkədə sel və daşqınlarda ölənlərin sayı 176-ya yüksəlib”

Alman Meteoroloji İdarəsi (DWD)  həftə sonunda seldən təsirlənən bölgələrdə leysan yağışların gözlənildiyi barədə xəbərdarlıq edib.Keçən həftə şiddətli yağış Almaniyanın Reynland-Pfalz, Şimali Reyn-Vestfaliya və Bavyera əyalətlərində daşqınlara səbəb olub. Daşqından təsirlənmiş ərazilərdə axtarış qurtarma, dağıntıların təmizlənməsi və təmizlənməsi işləri davam edir.

//Gülnarə Abasova, Editor.az