Almaniya Federal Statistika İdarəsi aprel ayı üçün sənaye istehsalı ilə bağlı müvəqqəti məlumatı açıqlayıb. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, sənayədə istehsal prosesinin bu ay Rusiya-Ukrayna müharibəsindən təsirlənməməsi üçün bir sıra tədbirlər görülüb. Ancaq bütün bunların fonunda 1 faiz gözlənilən artım baş verməyib. Ölkənin sənayə istehsalı sahəsində cəmi 0.7 faiz artım baş verib.
Mart ayında isə ölkənin sənaye inkişafında 3.9 faiz geriləmə baş verib. Əsasən Rusiya və Çindən gələn ehtiyat hissələrinə görə sənayədə geriləmələr baş verib. Rusiyaya tətbiq edilən sanksiyalara görə bu ölkədən ehtiyat hissələri gətirmək mümkün deyil. Bir tərəfdən Çində “COVİD-19” virusunun yenidən alovlanması ilə əlaqədar istehsal müəsissələrinin tez-tez bağlanması almanların da ehtiyat hissələri ilə təmin olunmasını ləngidir.
Rusiyanın Ukraynanı işğal etməsindən sonra Almaniyada külək enerjisinin istehsalı artıb. Ancaq Almaniyanın Energetika və İqtisadiyyat nazirliklərinin birgə açıqlamasında qeyd olunub ki, neftin və xammalın böyük bir hissəsi Rusiyadan gəlirdi. İndi sanksiyalar səbəbindən nefti və xammalı əldə etmək mümkün deyil. Bu da istehsal prosesinə öz mənfi təsirini göstərir.
Qeyd edək ki, pandemiyadan sonra ilk dəfədir ki, Almaniya yük gəmiləri Şimal dənizində Hollandiya Belçika limanlarında qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

