Almaniyada Sol Partiya parlament qrupunu buraxmaq qərarına gəlibbackend

Almaniyada Sol Partiya parlament qrupunu buraxmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Sol Partiya 10 deputatın partiyadan istefa verməsindən sonra parlament qrupunu buraxacağını açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin solçu siyasətçilərindən Sahra Vaqenknext də daxil olmaqla, 10 millət vəkilinin istefası ilə Sol Partiya parlamentdə qrup yaratmaq üçün yetərli sayda deputatını itirib.

İstefaların ardınca parlament qrupu üçün lazım olan 37 deputat kvorumundan aşağı düşən Sol Partiya dekabrın 6-da qrupunun fəaliyyətini dayandıracağını açıqlayıb. Sol Partiyanın 38 olan deputatlarının sayı istefalardan sonra 28-ə düşüb.

Partiya Parlament Qrupunun sədri Dietmar Bartsch məsələ ilə bağlı açıqlamasında 38 millət vəkili ilə fikir ayrılığı yaşamaqdansa, 28 millət vəkili ilə bir yerdə olmağın daha yaxşı olduğunu vurğulayıb.

Digər tərəfdən qrupun dayandırılması ilə 100 nəfərin işsiz qalacağı bildirilir.

Səbinə Hüseynli, Editor.az