Almaniyada “Sollar” da, “Sağlar” da Ukraynaya tank verilməsinin əleyhinədirbackend

Almaniyada “Sollar” da, “Sağlar” da Ukraynaya tank verilməsinin əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman solçuları hesab edir ki, Olaf Solz hökuməti Polşanın Ukraynanı Almaniya istehsalı olan döyüş tankları ilə təmin etmək təklifini rədd etməlidir.

Editor.az bildirir ki, bu barədə “Spiegel”ə Bundestaqdakı sollar fraksiyasının həmsədri Əmir Məhəmməd Əli bildirib. Onun sözlərinə görə, burada yalnız onu demək lazımdır: yox, biz bunu etmirik”.

Eyni zamanda siyasətçi xəbərdarlıq edib ki, əgər tanklar göndərilərsə, müharibə genişlənəcək: “Leopard tanklarının tədarükü soyuducu deyil. Söhbət ölüm maşınlarından gedir”, – Məhəmməd Əli əlavə edib. Oxşar bəyanatla fraksiyanın xarici siyasət üzrə nümayəndəsi Sevim Dağdələn də çıxış edib.

O, qeyd edib ki, “Kansler Şolz Ukraynaya tankların tədarükünü təsdiqləməməlidir ki, Almaniya müharibənin dərinliyinə getməsin. Nəhayət, atəşkəs və sülh danışıqları üçün diplomatik təşəbbüslərə başlamalıdır”.

Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası da kansler Olaf Şolzdan Polşaya tank tədarükünün qarşısını almağı tələb edir. Çərşənbə axşamı məlum olub ki, Almaniya Polşadan Leopard 2 tanklarını Ukraynaya təkrar ixrac etmək üçün müraciət alıb.

Almaniya hökuməti bu müraciəti mümkün qədər tez nəzərdən keçirmək istədiklərini bildirib.

//Samir Qurbanov,Editor.az