Almaniyada üç vətəndaş Çinin xeyrinə casusluqda şübhəli bilinirbackend

Almaniyada üç vətəndaş Çinin xeyrinə casusluqda şübhəli bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Baş Prokurorluğu Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinən üç Almaniya vətəndaşının saxlanıldığını açıqlayıb.

Editor.az bu barədə TASS-a istinadla yazır. Almaniya Baş Prokurorluğunun bildirdiyinə görə, saxlanılanlardan biri Almaniyada hərbi məsələlərdə istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat toplayıb.

Almanların 2022-ci ilin iyun ayına qədər Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyi və Xarici Ticarət Qanununu da pozduğu güman edilir.

//Gülnarə Abasova, Editor.az