Almaniyada ümummilli etirazlar səbəbindən uçuşlar dayandırılıbbackend

Almaniyada ümummilli etirazlar səbəbindən uçuşlar dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın bir çox böyük şəhərlərində, xüsusən də Frankfurtda təhlükəsizlik işçiləri tərəfindən etirazlar və işlərin dayandırılmasından sonra uçuşlar dayandırılıb.

Editor.az xəbər verir ki, işçilər həmkarlar ittifaqı Verdi tərəfindən çağırılan 24 saatlıq tətil, son həftələrdə ölkənin nəqliyyat sektorunu iflic edən bir sıra sənaye aksiyalarının sonuncusu kimi qəbul edilib.

Almaniyanın Frankfurt, Berlin, Hamburq və Ştutqart da daxil olduğu ən böyük hava limanları uçuşların ləğv edildiyini açıqladıqdan sonra, ləğv və gecikmə nəticəsində təxminən 200 min sərnişinin və 1100-dən çox reysin təsirlənəcəyi bildirilib. “Biz Almaniyada demək olar ki, hər gün hərəkətliliyə və iqtisadiyyata zərər verən tətil çağırışlarını görürük. Bunun dayandırılması lazımdır”, – deyə idarəedici direktor Ralf Beysel bildirib.

Bildirilib ki, həmkarlar ittifaqı sektorda çalışan 25 min işçi adına saatda 2,80 avro əmək haqqı artımı və əlavə iş haqqı tələb edib. Keçən həftə alman fermerlərin ölkə yollarını bağlayan ümummilli etirazlarından sonra alman qatar maşinistləri indiyə qədər ən uzun dəmir yolu tətilini keçirdilər.

//Gülnarə Abasova, Editor.az