Almaniyada zorakılığa məruz qalmış daha bir ukraynalı baksetbolçu da vəfat etdibackend

Almaniyada zorakılığa məruz qalmış daha bir ukraynalı baksetbolçu da vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada zorakılığa məruz qalmış daha bir ukraynalı baksetbolçu da vəfat etdi

Fevralın 10-da Almaniyada – Oberhauzendə hücuma məruz qalan 18 yaşlı ukraynalı basketbolçu Artem Kozaçenko aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Editor.az bildirir ki, bu barədə Facebook-da Kozaçenkonun çıxış etdiyi Düsseldorfun “ART Giants” klubu məlumat yayıb.

“Bir həftə əvvəl “ART Giants”ın iki oyunçusunun məruz qaldığı zorakılıqdan sonra Vladimir Yermakov yerində, onun komanda yoldaşı və həmyerlisi Artem Kozaçenko isə aldığı ağır xəsarətlərdən fevralın 20-də xəstəxanada dünyasını dəyişib: “Son bir neçə gündə onun vəziyyəti o qədər kəskin pisləşib ki, həkimlər heç nə edə bilməyib”.

//Samir Qurbanov, Editor.az